Azəbaycan ilə Çin arasında ənənəvi yüksək səviyyəli əlaqələr mövcuddur.
Trend-in məlumatına görə, bunu Çinin Azərbaycandakı səfiri Qo Min koronavirusa qarşı növbəti partiya vaksinin Çindən Azərbaycana gətirilməsi mərasimində deyib.
Səfir bildirib ki, koronavirusa qarşı mübarizədə Çin və Azərbaycan bir-birinə lazımi dəstək göstərir, təcrübə mübadiləsi aparır: “Bir neçə gündən sonra digər vaksin partiyaları da Azərbaycana çatdırılacaq. Biz inanrıq ki, Azərbaycan Çin vaksinlərinin köməyi ilə koronavirusa qalib gələcək”.
Səfir Çindən Azərbaycana vaksinlərin vaxtında çatdırılacağını deyib: “Bu gün Çindən vaksin sifariş edən ölkələr çoxdur, lakin məhz Azərbaycana vaksinlərin vaxtında çatdırılması üçün Çin yaşıl dəhliz yaradıb”.