• 20 May 2025
logo
Braziliyada koronavirusun “Cənubi Afrika ştamm”ına bənzər növü aşkarlanıb

Braziliyada koronavirusun “Cənubi Afrika ştamm”ına bənzər növü aşkarlanıb

Braziliyanın San-Paulo ştatında koronavirusun “Cənubi Afrika ştammı”na bənzər növü açkar edilib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Butantan İnstitutunun direktoru Dimas Kovas mətbuat konfransında bildirib.

İnstitut direktoru müəmmalı virusa Sorokaba şəhərində rast gəlindiyini deyib: “Sorokaba sakinində koronavirusun “Cənubi Afrika ştamm”ına bənzər bir növü aşkarlandı. Lakin xəstə Cənubi Afrikaya getməyib, orada olanlarla əlaqə qurmayıb. “Cənubi Afrika ştamm”ına bənzər şübhəli yoluxmaya ölkədə ilk dəfə rast gəlinir”.