• 29 Noyabr 2023
logo
Braziliyada daha 2841 nəfər koronavirusdan ölüb

Braziliyada daha 2841 nəfər koronavirusdan ölüb

Braziliyada son sutka ərzində daha 83 926 nəfərin koronavirus infeksiyasına yoluxması, 2841 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 11 603 535 nəfər yoluxub. Bu müddət ərzində 282 127 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 10 204 541 xəstə müalicə olunaraq sağalıb.