• 26 Noyabr 2020
logo
Səhiyyə Nazirliyi: Meymunun dişlədiyi İngiltərə vətəndaşına zərdab vurulub

Səhiyyə Nazirliyi: Meymunun dişlədiyi İngiltərə vətəndaşına zərdab vurulub

Bakıda meymun tərəfindən dişlənmiş İngiltərə vətəndaşına zərdab vurulub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda xəstə ambulator müalicə alır:
"Ötən gün saat 21:11-də 58 yaşlı İngiltərə vətəndaşı sol saidin dişlənmiş yarası diaqnozu ilə Təcili Tibbi Yardıma müraciət edib. Həkimlər onu Kliniki Tibbi Mərkəzə çatdırıblar. İngiltərə vətəndaşının yarası işləndikdən sonra ona zərdab vurulub. Yaralı həkimlərə meymun tərəfindən dişləndiyini bildirib".