• 4 Dekabr 2023
logo
Göygölə yağan qar fəsadlar törədib

Göygölə yağan qar fəsadlar törədib - FOTO

Göygöl rayonuna yağan qar fəsadlar törədib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, ötən gecədən yağmağa başlayan qarın hündürlüyü rayon mərkəzində 10 sm, dağlıq ərazilərdə 20 sm-ə çatıb. Yolları buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib.

Qar səbəbindən rayonun Aşıqlı və Köşkü kəndlərinə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda qarın törətdiyi fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.