Hindistanın Tamilnad ştatının Perunqudi şəhərində kondisioner ustası olan 20 yaşlı Firoy Alam 17-ci mərtəbədən yıxılaraq sağ qalıb.
BiG.AZ xəbər verir ki, bu barədə "The Hindu" yazır.
O, binanın 17-ci mərtəbəsindən 5-ci mərtəbəsinə çırpılıb. Ayaq, kəllə və üz sümüklərinin çoxsaylı sınıqları ilə huşsuz vəziyyətdə xəstəxanaya aparılıb. Alamın, həmçinin, tənəffüs problemləri yaranıb, başından, ağzından, qulağından və burnundan qan axmağa başlayıb.
Xəstə süni tənəffüs aparatına qoşulub və ona qan köçürülüb.
Həkimlər xəstənin beynində qan laxtaları aşkarlayıb, həmçinin, onurğa sümüyünün sınığı, qaraciyər və sağ böyrək zədələnməsi diaqnozunu qoyublar.
Müalicə aldıqdan sonra özünə gələn xəstə psixiatrın dəstəyinə ehtiyac duyub.
Hadisədən iki ay sonra kişi Raaykper şəhərindəki evinə qayıtmağa hazırdır. Müalicə müddətində atası onun yanında olub.
Həkimlərin sözlərinə əsasən, Alam üç aydan sonra yenidən normal gəzə, bir ildən sonra isə işinə qayıda biləcək.