• 5 Dekabr 2020
logo
Yevlaxda iki maşın toqquşdu, sürücünün atası həlak oldu

Yevlaxda iki maşın toqquşdu, sürücünün atası həlak oldu

Yevlax rayonunun Xanabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 24-də saat 9 radələrində Yevlax rayonunun Xanabad kəndi ərazisində Şəki rayon sakini M.Məmmədkərimovun idarə etdiyi “VAZ-2106” və Ağcabədi rayon sakini X.Şirinovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə M.Məmmədkərimovun sərnişinlərindən - atası Mövsüm hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.