• 19 Aprel 2024
logo
"WhatsApp" bəzi smartfonlarda işləməyəcək

"WhatsApp" bəzi smartfonlarda işləməyəcək

"WhatsApp" messenceri köhnə "iPhone" modellərində işini dayandıracaq.

Bu barədə "WABetaInfo" portalı yazır.

Qeyd olunur ki, "iOS" tətbiqetməsinin son beta versiyasında "iOS 9" və daha aşağı olan əməliyyat versiyaları üzərində işləyən cihazların dəstəklənməsi dayandırılıb. Buna baxmayaraq, "WhatsApp" tərəfindən hələ bununla bağlı heç bir rəsmi elan verilməyib.

Hazırda messencer tərəfindən dəstəklənən "iPhone" əməliyyat sistemlərinin rəsmi siyahısına "iOS 9" və daha yeni versiyalar daxildir.

Bu ilin yanvarın 1-dən 2021-ci ildən etibarən əməliyyat sistemini "iOS 9" və ya "Android 4.0.3" yuxarı olan versiyalara yeniləməyən bir sıra istifadəçinin cihazlarında messencer işini dayandırıb.