• 18 Aprel 2024
logo
Bakıda gənc oğlana beş bıçaq zərbəsi vurulub

Bakıda gənc oğlana beş bıçaq zərbəsi vurulub

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Xutor yaşayış massivində qeydə alınıb. 1998-ci il təvəllüdlü Rzayev İftixar Tərxan oğluna naməlum şəxs tərəfindən beş bıçaq zərbəsi vurulub. Yaralı döş qəfəsinin və kürəyinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib. Fakt Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində araşdırılır.