• 26 Noyabr 2020
logo
Azərbaycanda ölümə səbəb olan ƏSAS XƏSTƏLİKLƏR bunlardır

Azərbaycanda ölümə səbəb olan ƏSAS XƏSTƏLİKLƏR bunlardır

Azərbaycanda əhali arasında ölümə səbəb olan xəstəliklər sırasında qan dövranı sistemi xəstəlikləri yenə də liderlik edir.
Trend-in məlumatına görə, 2018-ci ildə Azərbaycanda 57 250 nəfər dünyasını dəyişib ki, bu da 2015-ci illə (54 697) müqayisədə çoxdur.
Ötən il dünyasını dəyişənlərin 33 909-u (2015-ci ildə 32 825 nəfər) qan dövranı sistemi xəstəliklərindən, 8 718-i (2015-ci ildə 7 278 nəfər) yenitörəmələrdən, 1 826-ı (2015-ci ildə 1 712 nəfər) tənəffüs orqanları xəstəliklərindən, 2 772-i (2015-ci ildə 2 646 nəfər) travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölüb.
Əhalinin hər 100 000 nəfərinə düşən bütün səbəblərdən ölənlərin sayı üzrə də artım qeydə alınıb. Belə ki, 2018-ci ildə hər 100 min nəfər arasında 583 ölüm halı qeydə alınıbsa, 2015-ci ildə bu göstərici 574 olub.