• 15 Aprel 2021
logo
Əksər hallarda iş yerləri ilə bağlı saytlardakı elanlar həqiqi olur - Agentik sədri

Əksər hallarda iş yerləri ilə bağlı saytlardakı elanlar həqiqi olur - Agentik sədri

Hazırda işəgötürənlərin reyestri yaradılır. Amma bu reyestr hazır olanadək bizim apardığımız müşahidələr də onu göstərir ki, əksər hallarda vakant iş yerləri ilə bağlı saytlarda verilən elanlar həqiqi elanlar olur.

Trend-in məlumatına görə, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, əsas problem dünyada, eləcə də Azərbaycanda pandemiya ilə əlaqədar iş yerlərinin azaldılmasıdır.