• 25 Aprel 2024
logo
Bakıda motosiklet sürücüsünü avtomobil vurub

Bakıda motosiklet sürücüsünü avtomobil vurub

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Neftçilər prospektində baş verib.

1998-ci il təvəllüdlü İbrahimov Nuran Gündüz oğlu idarə etdiyi motosikletdən düşərkən onu minik avtomobili vurub. O, sol bud sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Fakt Səbail Rayon Polis İdarəsində araşdırılır.