• 26 Aprel 2024
logo
"HammAli & Navai" qrupu dağıldı

"HammAli & Navai" qrupu dağıldı

Rusiyada yaşayan azərbaycanlı ifaçılardan ibarət "HammAli & Navai" qrupu dağılıb.

"Moska-Baku" portalı xəbər verir ki, bu barədə qrup üzvləri özləri deyiblər.

Qrup üzvləri - Aleksandr Əliyev və Nəvai Bəkirov - bu qərarı birgə veriblər. Musiqiçilərin sözlərinə görə, layihə çərçivəsində istədikləri hər şeyə nail olublar və indi davam etməyə və yeni təcrübəyə hazırdılar:

"Bəli doğrudur. Biz dağılırıq. İndi hər kəsin öz yolu var. Düşmən deyilik, dost qalırıq və bir-birimizə dəstək olacağıq".

Sənətçilər son albomlarını buraxmağı planlaşdırdıqlarını da qeyd ediblər.

Əliyev və Bəkirovun duetinin mövcudluğu beş ildir. Qrup 2018-ci ildə nəzərəçarpacaq dərəcədə populyarlıq qazanıb./Oxu.az