• 11 Dekabr 2023
logo
Xaçmaz sakininin evində AK-74 aşkarlanıb

Xaçmaz sakininin evində AK-74 aşkarlanıb

Xaçmaz sakininin evində qanunsuz silah-surat aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini N.Əliyevin yaşadığı evə baxış zamanı oradan “AK-74” markalı avtomat silahı və 30 ədəd patron aşkar edilərək götürülüb.