• 11 Avqust 2022
logo
Balakəndə Türkiyəyə məxsus yük maşını aşıb

Balakəndə Türkiyəyə məxsus yük maşını aşıb

Balakəndə iritutumlu yük maşını aşıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu ərazisindən keçən hissəsində baş verib.

Türk şirkətlərindən birinə məxsus, Türkiyə vətəndaşı Sultanhamit Türkərin idarə etdiyi “Mercedes” markalı yük maşını Bakıdan İstanbula qayıdarkən Balakən rayonunun Beşbulaq adlanan ərazidə sərt döngədə idarəetməni itirərək yoldan çıxaraq yol kənarındakı irigövdəli ağacları devirərək yolun hərəkət zolağına aşıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb, maşına ciddi ziyan dəyib. Qəza nəticəsində magistral yolda maşınların hərəkətində müvəqqəti dayanıb.

Müvafiq qurumlar tərəfindən yola düşən ağaclar təmizlənərək hərəkət bərpa olunub. Hadisə yerinə cəlb olunan ağır texnika vasitəsi ilə yük maşını yoldan kənarlaşdırılıb.

Sürücünün sözlərinə görə, qaranlıqda qarşısına çıxan heyvanı vurmamaq üçün manevr edib. Nəticədə qəza baş verib.

Faktla bağlı araşdırma aparılır.