• 15 Avqust 2022
logo
Balakəndə yol qəzası olub, ölən və yaralananlar var

Balakəndə yol qəzası olub, ölən və yaralananlar var

Balakəndə ağır yol qəzası olub.

APA-nın yerli bürosunun xəbərinə görə, dünən saat 23 radələrində Balakən rayonu Kortala kənd sakini, sürücü Murad Xırxırov idarə etdiyi "VAZ-2101" markalı avtomobillə Kortala kəndindən şəhər istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə sürücü M. Xırxırov hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - Kortala kənd sakini Ramazan Qalayçıyev, Qazma kənd sakinləri - Həlimət Sarıyeva və Ofeliya Hacıyeva müxtəlif bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.