• 19 Aprel 2021
logo
Şabran sakinini tüfənglə hədələyib, itini güllələyiblər

Şabran sakinini tüfənglə hədələyib, itini güllələyiblər

Şabran sakini tüfənglə hədələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şabran rayon sakini Y.Mövlanovun fevralın 21-də Çaraq kəndi ərazisində bir nəfərin onu tüfənglə öldürəcəyi ilə hədələməsi və yanındakı çoban itini tüfəngdən açdığı atəşlə öldürməsi barədə polisə müraciəti edib.

Faktla əlaqədar Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini R.Quliyev müəyyən edilərək saxlanılıb, ondan nömrəsi silinmiş ov tüfəngi götürülüb.

Araşdırma aparılır.