• 27 İyul 2024
logo
Binəqədidə 9 evdən oğurluq edən şəxs saxlanıldı

Binəqədidə 9 evdən oğurluq edən şəxs saxlanıldı

Binəqədi qəsəbəsində 9 evdən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi (RPİ) Cinayət Axtarış Şöbəsi və 43-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar edən əvvəllər məhkum olunmuş paytaxt sakini Raci Meybullayev saxlanılıb.
Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs Binəqədi qəsəbəsində 9 fərdi yaşayış evindən oğurluqlar edib.
Mənzillərdə heç kimin yaşamadığına əmin olandan sonra oğurluq edən R.Meybullayev əsasən məişət, qızıl-zinət əşyaları və pul oğurlayıb. Onun yaşadığı evə baxış zamanı oğurladığı əşyaların bir qismi polislər tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd edilən faktlarla bağlı toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Bu şəxsin əməllərindən zərərçəkmiş başqa vətəndaşlar varsa Binəqədi RPİ və ya 43-cü Polis Bölməsinə müraciət edə bilərlər.