• 20 Aprel 2024
logo
Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

Bakıda daha bir məktəbda koronavirusa görə tədris müvəqqəti dayanıb.

APA-nın məlumatına görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 106 saylı tam orta məktəb COVİD-19 səbəbilə karantinə bağlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədovun APA-ya verdiyi məlumata görə, bu günə qədər koronavirus səbəbindən BŞTİ-nin tabeliyindəki 2 məktəbdə tədris dayandırılıb.

Xatırladaq ki, Bakının Nərimanov rayonunda yerləşən 82 saylı məktəb də koronavirus səbəbindən karantinə bağlanıb.