• 15 Aprel 2021
logo
Qanunsuz balıqçılıq göllərini harada gəldi yaradırlar - Nazirlik

Qanunsuz balıqçılıq göllərini harada gəldi yaradırlar - Nazirlik

Qanunsuz balıqçılıq göllərinin yaradılması bizdə çox böyük narahatlıq yaradır. Bu gölləri harada gəldi, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqlarda yaradırlar.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq şöbəsinin müdiri Teymur Şəkərəliyev “Ekspert saatı” proqramında deyib.

Onun sözlərinə görə, bunun nəticəsində kənd təsərrüfatı təyinatlı torpaqlar şoranlaşmaya məruz qalır. Həmin torpaqlardan kənd təsərrüfatı məqsədi ilə istifadə imkanları məhdudlaşır: “Yekunda isə ətraf mühitimiz ziyan görmüş olur. Buna görə də insanlarımıza bildirmək istəyirik ki, balıqçılıqla məşğul olmaq istəyən hər hansı şəxs Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə müraciət edə bilər. Qanunvericiliyə əsasən, akvakultura fəaliyyətinin həyata keçirilməsi üçün texniki-iqtisadi, eyni zamanda texnolji əsaslandırma təqdim edilməlidir. Sənədlərə baxıldıqdan sonra bu fəaliyyətə icazə verilir”.