• 16 Aprel 2024
logo
İbodan sürpriz həmlə – "Tatlıses TV" geri qayıtdı!

İbodan sürpriz həmlə – "Tatlıses TV" geri qayıtdı!

Türkiyə musiqisinin imperatoru İbrahim Tatlıses son həmləsi ilə sevənlərini sevindirib.

BiG.AZ-ın 7times.az-a isinadən verdiyi xəbərə əsasən, 2014-cü ildə bağlanılan "Tatlıses TV" ekranlara geri qayıdıb.

Usta sənətkar Türkiyənin məşhur musiqi kanalı "Powertürk"-ün bağlanmasının ardından onun yayım tezliyini alaraq, "Tatlıses TV"-nin fəaliyyətini 6 il sonra yenidən bərpa edib.

Xatırladaq ki, "Powertürk TV" televiziya həyatına son verərək, bundan sonrakı yayımlarını internet üzərindən həyata keçirəcəyini açıqlayıb. 1 Martdan etibarən isə onun yerinə "Tatlıses TV" yayım həyatına başlayıb.