• 22 Sentyabr 2021
logo
BNA: Sıxlıq səbəbindən avtobuslar gecikir

BNA: Sıxlıq səbəbindən avtobuslar gecikir

Bakının bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, sıxlıq halları küçə və prospektlərdən keçən müntəzəm və ekspress xətlər üzrə avrobusların hərəkətini də çətinləşdirir. Hazırda təkcə Heydər Əliyev prospekti kənar yol şəhər istiqamətində, eləcə də Yusif Səfərov küçəsində 30-dan artıq avtobus sıxlıqda qalıb, intervalda gecikmələr müşahidə olunur:

1. Bakı – Sumqayıt şosesi – (20 Yanvar dairəsi istiqaməti) sıxlıq

2. Ziya Bünyadov prospekti - Əsas yol (Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən başlayaraq,Çermet körpüsü üzərindən,20 Yanvar dairəsi istiqaməti) sıxlıq

3. Üzeyir Hacıbəyli küçəsi - (Cavanşir körpüsünün üzərindən, Hökumət Evi istiqaməti) sıxlıq

4. Afiyəddin Cəlilov küçəsi - (Cavanşir körpüsünün üzərindən, Hökumət Evi istiqaməti) sıxlıq

5. Qara Qarayev prospekti – (Xalqlar Dostluğu metro stansiyası istiqamətindən, Dakar dairəsinə qədər) sıxlıq

6. Abdulvahab Salamzadə küçəsi – Əsas yol - (Ziya Bünyadov prospekti istiqamətində) sıxlıq

7. Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən,Şəhər mərkəzi istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində) sıxlıq

8. 28 May küçəsi (Azadlıq prospekti ilə kəsişmədən,Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər) sıxlıq

9. Həsən bəy Zərdabi prospekti – (Hər iki istiqamət,20 Yanvar dairəsinə düşən hissə və 20 Yanvar dairəsindən çıxan hissə) sıxlıq

10. Heydər Əliyev prospekti – Kənar yol - (Koroğlu metro stansiyasının qarşısından başlayaraq,Şəhər mərkəzi istiqamətində) sıxlıq

11. Rəşid Behbudov küçəsi (Üzeyir Hacıbəyov küçəsi ilə kəsişmədən,28 May küçəsi ilə kəsişməyə qədər) sıxlıq

12. Yusif Səfərov küçəsi - (Xocalı prospekti ilə kəsişmədən başlayaraq,Heydər Əliyev prospekti – Kənar yol istiqaməti) sıxlıq

13. Gülarə Qədirbəyova küçəsi – (Hər iki istiqamətdə,Koroğlu Rəhimov küçəsi və Ş.İ.Xətai prospekti ilə kəsişmə istiqamətində) sıxlıq

14. Abbasqulu ağa Bakıxanov küçəsi (Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən,Səməd Vurğun küçəsi ilə kəsişməyə qədər,Türkiyə səfirliyi istiqaməti) sıxlıq

15. Moskva prospekti – Əsas yol və Kənar yol – (Şamaxinka dairəsinə gedən yol,,20 Yanvar dairəsi istiqamətində) sıxlıq