• 2 May 2024
logo
"Həyat yoldaşımı da anam kimi itirmək istəmirəm"

"Həyat yoldaşımı da anam kimi itirmək istəmirəm"

Müsahibə zamanı Uinfrinin "Özünüz səssiz qalmaq istədiniz, yoxsa susduruldunuz" sualına Harri "Bu suala cavab vermək, mənim üçün təssəvvür edilməyəcək dərəcədə çətindir" cavabını verib.

Anası Şahazadə Dianadan bəhs edən Harri bunları əlavə edib:

"Burada, həyat yoldaşımın yanında oturub sizinlə şəxsi həyatım haqqında danışa bilirəm. Amma illər əvvəl anam bunu edə bilmədi. Hazırda çox çətin dövrdən keçirik. Buna rəğmən Meqanla hər zaman yanyanayıq".

Anasının ölümündə Böyük Britaniya mətbuatını günahlandıran Harri həyat yoldaşının da onun kimi olacağından qorxduğunu bildirib.

"Tarixin təkrarlanacağından qorxdum. Anamı itirdim, həyat yoldaşımı itirmək istəmirəm"- deyə, o, söyləyib.

Martın 7-də Amerikanın CBS kanalında yayımlanacaq verilişin senssasiya yaradacağı deyilir.