• 18 Aprel 2024
logo
"Twitter" Azərbaycanın sosial media məkanında liderliyə yüksəlib

"Twitter" Azərbaycanın sosial media məkanında liderliyə yüksəlib

Bu ilin fevral ayında Azərbaycanda "Twitter" istifadəçilərinin fəallığı yanvar ayı ilə müqayisədə 0,7 faiz bəndi azalıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, martın 1-nə "Twitter"in Azərbaycanın sosial media bazarında payı 23% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 13,6 faiz bəndi çoxdur. Populyarlığına görə "Twitter" ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Instagram" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı fevral ayı ərzində 1,9 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin mart ayının 1-nə 22,3% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təqribən 2,9 faiz bəndi çoxdur.

Bu ilin fevral ayı ərzində ölkə üzrə "YouTube" şəbəkəsinin istifadəçilərinin fəallığı 0,2 faiz bəndi artıb. Martın 1-nə olan məlumata görə, "YouTube" Azərbaycan sosial media bazarında 20,2% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz bəndi çoxdur.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Facebook" – 18,3, " Pinterest " – 14,6, "VKontakte" – 0,66%, "Reddit" – 0,4%, və s.