• 22 Sentyabr 2021
logo
Abşeron rayonunda 3 otaqlı fərdi yaşayış evi əşyaları ilə birlikdə yanıb

Abşeron rayonunda 3 otaqlı fərdi yaşayış evi əşyaları ilə birlikdə yanıb

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 30 m² sahədə, 1 otağında divan-kreslo, masa və giriş qapısı qismən yanıb.

APA FHN-in rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.