• 19 Aprel 2024
logo
Marketdən oğurluq edən Cəlilabad sakinləri saxlanılıb

Marketdən oğurluq edən Cəlilabad sakinləri saxlanılıb

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir gündə iki marketdən oğurluq edən rayon sakinləri saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Cəlilabad rayonunun Qarazəncir kəndində yerləşən bir marketdən axşam saatlarında ümumilikdə 888 manat dəyərində nağd pul və tütün məmulatlarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Rahil Bağırov, Mətləb Verdiyev və Elbrus Bağırov saxlanılıb. Aparılan araşdırmalarla onların həmin gün rayon ərazisindəki daha bir marketdən oğurluq etdikləri müəyyən olunub. Saxlanıldıqdan sonra Rahil Bağırovun üzərinə keçirilən baxış zamanı ondan 1 ədəd “beşbarmaq” adlanan soyuq silah aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.