• 5 Dekabr 2020
logo
Maduro: Trampla danışıqlara gedərəm, əgər...

Maduro: Trampla danışıqlara gedərəm, əgər...

Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampla danışıqların baş tutması ehtimalını mümkün hesab edib.
Trend-in məlumatına görə, bununla elə venesuelalı lider görüşün baş tutması üçün vacib bir şərt olduğunu açıqlayıb. Belə ki, N.Maduronun sözlərinə görə, danışıqlar yalnız o zaman baş tuta bilər ki, Tramp Venesuelaya qarşı aparılan yalnış müharibə siyasətindən əl çəksin.
O, bu səhv addımın hələ əvvəllər ABŞ-ın keçmiş lideri Barak Obama tərəfindən atıldığını da vurğulayıb.