• 17 Aprel 2024
logo
Bakıda iki yük avtomobili toqquşub

Bakıda iki yük avtomobili toqquşub

Bakıda iki yük avtomobili toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda “Shacman” markalı iki yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobillərdən birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.