• 17 Sentyabr 2021
logo
Cəlilabad sakinlərindən silah-sursat və narkotik götürülüb

Cəlilabad sakinlərindən silah-sursat və narkotik götürülüb

Cəlilabad sakinlərindən silah-sursat və narkotik götürülüb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Göytəpə şəhər sakini Səbuhi Qəfərov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan 78 qramdan artıq heroin və 3 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Araşdırmalarla onun narkotik vasitəni əvvəlcədən olan sövdələşmə əsasında Cəlilabad sakini, əvvəllər məhkum olunmuş Mirelnur Mürsəlova satmalı olduğu müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb.

M.Mürsəlovun yaşadığı evin zirzəmisinə keçirilən baxış zamanı oradan 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid sandıqça və 55 ədəd patron, 2 ədəd F1 əl qumbarası, “Makarov” markalı tapançaya aid 4 ədəd patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.