• 19 Aprel 2024
logo
Rusiyada COVID-19-a qarşı peyvəndlənənlərin sayı açıqlanıb

Rusiyada COVID-19-a qarşı peyvəndlənənlərin sayı açıqlanıb

Rusiyada 4 milyona yaxın insan yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunub.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın baş epidemioloqu, akademik Nikolay Briko bildirib.

“COVID-19 dövründə tibbi reabilitasiya: təcrübə və irəliləyiş” adlı elmi-praktiki konfransda çıxış edən baş epidemioloq ölkədə koronavirusa yoluxma tendensiyasında nəzərəçarpacaq dərəcədə azalma qeydə alındığını vurğulayıb.

“İndiyə kimi Rusiyada 4 milyona yaxın insan COVID-19-a qarşı peyvənd olunub”, - deyə o qeyd edib.