• 29 Mart 2024
logo
Xaçmazda avtomobildən 25 min manat oğurlanıb

Xaçmazda avtomobildən 25 min manat oğurlanıb

Xaçmazda oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də rayon ərazisində “Mitsubishi” markalı avtomobildən 25.000 manat pul və içərisində sənəd olan pulqabı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılıb.