• 23 Noyabr 2020
logo
Deputat piyada keçidində piyadanı vurdu

Deputat piyada keçidində piyadanı vurdu

Rusiyanın Belqorod vilayət dumasının deputatı Oleq Mixaylov Qubkin şəhərində avtomobillə hərəkət edərkən piyada keçidində 13 yaşlı yeniyetməni vurub.
Trend-in məlumatına görə, yeniyetmə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə şahidləri bildirib ki, deputat yüksək sürətlə hərəkət edirmiş. Araşdırma zamanı onun sərxoş olmadığı müəyyən edilib. Deputat özü xəsarət alan yeniyetməyə kömək göstərməyə hazır olduğunu bildirib.