• 25 Aprel 2024
logo
Hacıqabulda yol qəzasında xəsarət alan sürücü ölüb

Hacıqabulda yol qəzasında xəsarət alan sürücü ölüb

Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində baş verən yol hadisəsində xəsarət alan "KİA" markalı maşının sürücüsü dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1967-ci il təvəllüdlü Məmmədsoy İlham Qərib oğlu bu gün səhər saatlarında xəstəxanada ölüb.