• 12 Fevral 2025
logo
DSX-nin sərhəd zastavasına silahlı hücum olub - Baş leytenant bıçaqlandı

DSX-nin sərhəd zastavasına silahlı hücum olub - Baş leytenant bıçaqlandı

Dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin və psixotrop mad¬dələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mü¬ha¬fizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, sentyabrın 20-də saat 21:05 radələrində Dövlət Sərhəd Xidmə¬tinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazi¬sin¬də Cəlilabad-Yardımlı avtomobil yolunda Buravar kəndinin ya¬xın¬lığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində 2 nəfərin olduğu avtomo¬bilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli apar¬¬ması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.
Şübhəli şəxs gizlin yerdən bağ¬la¬ma götü¬rərək hadisə yerin¬dən uzaq¬laş¬mağa cəhd edərkən sərhədçilər tərə¬findən ona “dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalış¬ıb. Sərhəd naryadı tərəfindən yaxalanması zamanı şübhəli şəxs müqavimət gös¬tərib, baş leytenant Al¬lahverdi İsmayılova bı¬çaq ilə xəsarət yetirib. Buna baxmayaraq sər¬hədçi zabit şücaət nü¬mayiş etdirmiş və cinayətkarı tərkisilah edərək saxlayıb.
Hadisə zamanı xəsarət almış sərhədçiyə təxirəsalınmaz tibbi yar¬¬¬dım göstərilib, vəziyyəti qənaətbəxşdir.
Saxlanılan şəxsin 1975-ci il təvəllüdlü Cəlilabad rayon sakini Əliyev Elşən Dövlət oğlu olması müəyyənləşdirilib, əraziyə atılmış bağla¬maya baxış zamanı içərisində 1 kq 125 qram “marixuana”, 1 kq 10 qram “tiryək” və 450 qram “heroin” narkotik vasitə aşkarlanaraq götürülüb.
İdarə etdiyi avtomobil ilə hadisə yerindən qaçmış digər şəxsin saxla¬nılması istiqamətində təxirəsalınmaz əməliyyat-qoşun tədbirləri həyata keçirilib, ərazi dərhal qapadılaraq ətrafda axtarış aparılıb. Nəticədə hadisə yerindən qaçmış şəxs Cəlilabad rayonunun Buravar kəndi¬nin yaxınlığında saxlanılıb. Həmin şəxsin 1979-cu il təvəl¬lüdlü Naxçıvan MR, Babək ra¬yon sakini Quliyev Samir Vidadi oğlu olması müəyyənləşdirilib, avto¬mo¬bi¬lin içərisindən 55 qram “tiryək” narkotik vasitə və şəxsi əşyalar aşkarla¬naraq götürülüb.
Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam et¬di¬rilir.