• 27 Noyabr 2020
logo
Bakı polisindən xüsusi əməliyyat - Narkobarondan 1 kq-dan artıq heroin götürüldü

Bakı polisindən xüsusi əməliyyat - Narkobarondan 1 kq-dan artıq heroin götürüldü

Bakı polisi paytaxtda narkotiklərlə mübarizə tədbirlərini davam etdirir.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, idarənin Narkotiklə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvəllər məhkum olunan - 1966-ci il təvəllüdlü V.Qəmbərovdan 1 kq. 30 qr. heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir