• 3 Mart 2021
logo
Azad edilən ərazilərin turizm potensialı müzakirə olunur - Aparat rəhbəri

Azad edilən ərazilərin turizm potensialı müzakirə olunur - Aparat rəhbəri

İşğaldan azad edilən ərazilərin turizm potensialından istifadə üçün müzakirələr aparılır.

Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu ərazilərin potensialından istifadə üçün bir sıra məsələlər öz həllini tapmalıdır, infrastukturun yaradılması, təhlükəsizliyin təmini və s. məsələlər həll edilməlidir: "Bunlar strateji məsələlərdir. Yəqin ki, bununla bağlı qərar veriləcək".

ƏTRAFLI
Mohobbat
DTA-nın mətbuat katibi Kənan Quluzadə bildirib ki, regionun turizm potensialının dəyərləndirilməsi üçün ilkin qiymətləndirmələr aparılır: "Məsələn, sağlamlıq turizmi üçün Kəlbəcərdə imkanlar var, amma harada nəyin olacağını konsepsiya hazır olduqdan sonra demək olar".