• 27 İyul 2024
logo
Zərdabda yanğın olub

Zərdabda yanğın olub

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Zərdab rayonunun Yarməmmədbağı kəndində ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyü və içərisinə yığılan 5 ton ot bağlamasının 2 tonu yanıb.
Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.