• 3 Mart 2021
logo
Pənah Hüseyn: "COVİD-19 əleyhinə peyvəndləmə hər kəs üçün lazımdır"

Pənah Hüseyn: "COVİD-19 əleyhinə peyvəndləmə hər kəs üçün lazımdır"

“Mən hesab edirəm ki, COVİD-19 əleyhinə peyvəndləmə hər kəs üçün lazımdır”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib.

O bildirib ki, rəhbərlik etdiyi partiyanın üzvləri də bu gün virus əleyhinə vaksinasiyaya cəlb edilib: “Vaksinasiya prosesində könüllülük prinsipinin tərəfdarıyam. Mən özüm də qərara gəldim ki, peyvəndləmə prosesinə qoşulum. Bütün hallarda peyvəndləməni müsbət bir hal hesab edirəm".