• 21 Aprel 2021
logo
Milli Qəhrəmanlardan 11-i Hərbi Liseyin məzunudur - General

Milli Qəhrəmanlardan 11-i Hərbi Liseyin məzunudur - General

Bu günə qədər C.Naxçıvanski adına Hərbi Liseyi 12 mindən çox məzun bitirib. Liseyin 20-dən artıq məzunu general rütbəsinə çatıb.

Bunu jurnalistlərə açıqlamasında C.Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Bəkir Orucov deyib.

O qeyd edib ki, Azərbaycanın Milli Qəhrəmanlarından 11 nəfəri C.Naxçıvanski adına Hərbi Liseyin məzunu, 1 nəfər isə hərbi liseyin zabiti olub:

“Bu qəhrəmanların adları Azərbaycanın hərb tarixinə əbədi həkk olunub”.