• 21 Noyabr 2019
logo
add image
Qarayaraya yoluxan xəstələrlə bağlı SON DURUM

Qarayaraya yoluxan xəstələrlə bağlı SON DURUM

Səhiyyə Nazirliyi qarayara xəstəliyi ilə xəstəxanaya yerləşdirilən iki nəfərin vəziyyəti barədə açıqlama verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bir müddət əvvəl Sabirabad Rayon Mərkəzi Xəstəxanasına qarayara diaqnozu ilə daxil olan hər iki xəstənin vəziyyəti həkimlər tərəfindən yaxşı qiymətləndirilir.
Onların 20-21 sentyabr tarixlərində evə buraxılacaqları gözlənilir.
Qeyd edək ki, sentyabrın 9-da Sabirabad sakini olan 34 və 26 yaşlı iki nəfərdə qarayara xəstəliyi aşkarlanıb.
Bundan əvvəl Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlanmışdı, onlardan biri dünyasını dəyişmişdi.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinlərində aşkarlanan qarayara xəstəliyinin törədicisinin mənbəyinin müəyyən olunması üçün araşdırmalar aparır.