• 29 Noyabr 2020
logo
Mərdan Mehdiyev BDYPİ-nın Ekoloji Nəzarət Bölüyünün komandiri təyin olundu

Mərdan Mehdiyev BDYPİ-nın Ekoloji Nəzarət Bölüyünün komandiri təyin olundu

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ekoloji Nəzarət Bölüyünün komandiri vəzifəsinə yeni təyinat olub.
Bu barədə açıqlamasında idarənin mətbuat xidmətinin rəhbəri, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib. Onun sözlərinə görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Nazirin əmri ilə polis mayoru Mərdan Mehdiyev Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ekoloji Nəzarət Bölüyünün komandiri vəzifəsinə təyin edilib.
M.Mehdiyev daha əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin 3-cü tağım komandiri vəzifəsində çalışıb.
Qeyd edək ki, daxili İşlər naziri Vilayət Eyvazovun əmrinə əsasən, İdarənin Ekoloji Nəzarət Bölüyünün komandiri, polkovnik-leytenant Fuad Mayılov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsinə təyin olunub.