• 8 Fevral 2025
logo
Bərdədə təcili yardım maşınının qəzaya uğraması nəticəsində xəsarət alan yoxdur

Bərdədə təcili yardım maşınının qəzaya uğraması nəticəsində xəsarət alan yoxdur - Nazirlik

Səhiyyə Nazirliyi (SN) Bərdədə təcili yardım avtomobilinin qəzaya uğraması ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Qaradəmirçi kəndində çağırışa gedən Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb. Baş vermiş qəza ilə əlaqədar Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edən olmayıb.
Xatırladaq ki, hadisə nəticəsində 2 nəfərin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı.