• 2 Mart 2021
logo
Suriyada döyüşən daha bir azərbaycanlı məhkəmə qarşısına çıxarılır

Suriyada döyüşən daha bir azərbaycanlı məhkəmə qarşısına çıxarılır

Suriyada cinayətkar birlik və qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmədə iştirak etməkdə təqsirləndirilən Füzuli Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib.

Qeyd edək ki, F. Kərimov Azərbaycan vətəndaşlarının radikal dini ideyaların təsiri altında terror təşkilatlarına və bu təşkilatlar tərəfindən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb edilmələrinə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) kompleks mübarizə tədbirləri çərçivəsində saxlanılıb.

Ona Azərbaycan Cinayət Məcəlləsinin 218.2 (cinayətkar birlikdə iştirak etmə, habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham verilib