• 24 Aprel 2024
logo
Samux sakinindən narkotik aşkar edilib

Samux sakinindən narkotik aşkar edilib

Samux sakinindən narkotik maddə aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Bölgəsində Regional Şöbəsinin (QBRŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon Qarabağlar kənd sakini, əvvəllər məhkum olunmuş, Abbas Məmmədov saxlanılaraq şöbəyə gətirilib.

Onun üzərərinə baxış keçirilən zaman təmiz çəkisi 6,758 qram narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində A. Məmmədova məxsus, Samux rayon Qarabağlar kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilib və zirzəmidən 2 ədəd sintetik bağlamada təmiz çəkisi 9 kq 200 qram narkotik vasitə olan “marixuana” aşkar edilib.

A. Məmmədov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.