• 26 Aprel 2024
logo
Hökməli qəsəbəsində fərdi yaşayış evində yanğın olub

Hökməli qəsəbəsində fərdi yaşayış evində yanğın olub

Abşeron rayonunun Hökməli qəsəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 140 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 15 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.