• 18 Aprel 2024
logo
Qobustanda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib

Qobustanda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib

"Qobustanda dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilən şəxslər hazırda evdədirlər".

Bu barədə APA-ya Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn bildirib. Onun sözlərinə görə, zəhərlənən şəxslərə ambulator xidmət göstərilib: "Vəziyyətləri kafidir, həyatları üçün heç bir təhlükə yoxdur. Vaxtında tədbir görülüb".