• 21 Aprel 2021
logo
Bakıda qadını maşın vurub

Bakıda qadını maşın vurub

Bakının Sabunçu rayonunda piyadanın ehtiyyatsızlığı qəzaya səbəb olub.

APA xəbər verir ki, yol-nəqliyyatı hadisəsi Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1976-ci il təvəllüdlü Vəliyeva Rəhilə Xəlil qızı yüksək sürətlə hərəkət edən avtomobilin qarşısına çıxıb. Piyada üçün müəyyən edilməyən hissədən keçən qadını avtomobil vurub. Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araçdırma aparılır.