• 20 Aprel 2024
logo
Azərbaycanda koronavirusla bağlı VACİB AÇIQLAMA

Azərbaycanda koronavirusla bağlı VACİB AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxanların sayı 50-yə düşüb. Son günlərdə yoluxanların sayında günbəgün azalma müşahidə olunur. Yanvarın 18-dən başlanılan vaksinasiyanın da müsbət nəticəsinin olması gözlənilir. Lakin azalmalar olsa belə yay aylarında koronavirusun 3-cü dalğasının olması ilə bağlı iddialar səsləndirilir. Yay aylarında koronavirusun 3-cü dalğası başlaya bilərmi?

BiG.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran professor Adil Qeybulla bildirib ki, koronavirus immuniteti ən azı 3 ay davam edir:

"Bəzən 6 ay və daha çox da davam etmə ehtimalı var. Əlbəttə, bu orqanizmdən asılıdır. Bakı və Abşeron yarmadasında əksər insanlar bu xəstəliyi keçirib. Hətta ailəvi yoluxmalar da olub. Çünki evə virus daxil olursa, ailə üzvlərinin hər biri yoluxur, orqanizmdən asılı olaraq bu xəstəliyi ağır və yüngül şəkildə keçirir. Ona görə də hesab edirəm ki, vaksinasiya və yaranmış immunitetlə birgə yaxın 6 ayda geniş müdafiə yarada bilərik. Bu müdafiədə effektiv ola bilər. Növbəti dalğa olarsa, yüngül keçməsinə və o qədər də nəzərə çarpamamasına gətirib çıxara bilər. Amma vaksinasiya prosesini "iqnor" etməklə, əvvəlki kimi qoyulan qaydalara əməl etməsək, əlbəttə gözlənilməz süprizlərlə qarşılaşa bilərik".