• 24 Aprel 2024
logo
Abşeronda avtomobil yük maşınının altında qalıb

Abşeronda avtomobil yük maşınının altında qalıb

Abşeron rayonu ərazisində, Saray-Novxanı yolunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə "VAZ" dairəsi kimi tanınan ərazidən Saray istiqamətinə gedən yolda qeydə alınıb.

"Mercedes" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən "KamAZ" markalı qoşqulu yük maşınına çırpılıb. Avtomobil qoşqunun təkərləri altında qalıb. Avtoqəza nəticəsində avtomobildə olan sürücü və sərnişin ağır xəsarət alıb.