• 29 Mart 2024
logo
Xırdalanda evdə partlayış olub, iki nəfər dağıntılar altından çıxarılıb - FOTO - VİDEO

Xırdalanda evdə partlayış olub, iki nəfər dağıntılar altından çıxarılıb - FOTO - VİDEO

Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış olub. APA-nın xəbərinə görə, hadisə Xırdalan şəhəri 27-ci məhəllədə baş verib. Partlayışdan sonra evdə yanğın başlayıb. Zərbənin təsirindən yaxınlıqdakı çoxmərtəbəli binaların mənzillərinin şüşələri sınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. FHN-dən APA-ya bildirib ki, iki nəfər dağıntılar altından çıxarılıb. Onlardan biri qadın, digəri uşaqdır. Dağıntılar altında qalanların olduğu ehtimal edilir. Axtarış-xilasetmə işləri davam edir. Hadisənin səbəbləri dəqiqləşdirilir.